Bərdə rayon sakini atdan yıxılıb ölüb.

Open.az xəbər verir ki, Trend-in məlumatına görə, hadisə rayonun Samux kəndi ərazisində baş verib.

Rayonun Cəyirli kənd sakini, 1984-cü il təvəllüdlü Nəbiyev Əlizamin Çingiz oğlu Samux kəndində at sürərkən yıxılıb.

Ə.Nəbiyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.