14:06
Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.
Open.az "Report"a istinadən xəbər verir ki, həkimlər Mətbuat küçəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəzuyyətdə 3 tələbə qız aşkarlayıblar.
Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir.
Səhiyyə Nazirliyindən məlumat təsdiqlənib, qeyd edilib ki, iki tələbənin müalicələri davam edir.
***
Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən tələbələrin kimliyi məlum olub.
Open.az xəbər verir ki, hadisə nəticəsində ölən tələbə, BDU-nun fizika fakultəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdır.
Hadisə nəticəsində zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən daha iki tələbə - 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə İsmət qızı və 1998-ci il təvəllüdlü İbadova Həmidədir.