Banqladeşdə güclü yağışlar səbəbilə daşqınlar baş verib.

Open.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, təhlükəli vəziyyət ölkənin 64 inzibati dairəsindən 18-də müşahidə edilir.

Bildirilir ki, daşqınlar nəticəsində 21 nəfər həlak olub. Daşqınlar həmçinin avtomobil yollarına, yaşayış məntəqələrinə də zərər vurub.