Göyçay sakininin bank hesabından pul çıxaran şəxs tutulub.

Open.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Göyçay RPŞ-nin əməkdaşları tərəfindən noyabrın 6-da rayon ərazisindəki evlərin birindən V.Mütəllimovun bank kartını oğurlayaraq hesabındakı 210 manatı çıxartmaqda şübhəli bilinən Çərəkə kənd sakini A.Mütəllimov saxlanılıb.