Yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar olaraq, dekabr ayının 10-dan "Bakmil" stansiyasına giriş-çıxışa günün müəyyən saatlarında qoyulmuş məhdudiyyətin vaxtı saat 18:00-a qədər uzadılır.

"Bakı Metropoliteni" QSC-dən Open.az-a verilən məlumata görə, sərnişinlərin nəzərinə çatdırır ki, səhər saatlarında isə "Bakmil" stansiyası sərnişinlərə 8:20-yə qədər.xidmət göstərəcək.

Buna qədər məhdudiyyət saat 8:20-dən 17:00-a qədər olan vaxtı əhatə edirdi.