Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Open.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Zibil daşıyan maşın orta yaşlı kişini vuraraq öldürüb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.