Bakıda zəncirvari yol qəzası baş verib.

Open.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, prospektdə hərəkətdə olan "Hyundai", "Chevrolet", "VAZ-2106" və digər avtomobillər də daxil olmaqla, 6 nəqliyyat vasitəsi toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edilir ki, hadisəyə yolun sürüşkən olması səbəb olub.

Qəza ilə bağlı yolda tıxac yaranıb. ("Report")