Bakıda daha bir yol nəqliyyat hadisəsi baş verib.

Open.az-ın məlumatına görə, hadisə Ziya Bünyadov prospekti üzü şəhər istiqamətində qeydə alınıb. Zəncirvari qəzada üç avtomobilə ziyan dəyib.

Qəza səbəbindən adıçəkilən prospektdə avtomobillər arasında sıxlıq müşahidə olunur.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.