Bakıda piyadanın ölümü ilə nəticələn ağır qəza baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, oktyabrın 11-də saat 6 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini Elməddin Diniyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Məmməd İsbəndiyarovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Səlcuq Elçin