Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili və “BMW” markalı minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Open.az-a verilən məlumata görə, nəticədə “BMW” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.