Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.

Bu barədə Open.az-a Fövqəladə Hallar Nazirliyi bildirib.

Məlumata görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 35 m² olan 2 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.