Bakıda yaşayış binasında oğurluq hadisəsi baş verib.

Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verib.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də Yeni Yasamal-2 yaşayış sahəsindəki binalardan birinin girişindən 1 400 manat dəyərində avadanlıq oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini A.Babaşov saxlanılıb.