Bakıda vətəndaşa qarşı 1800 manatlıq dələduzluq edilib.

Open.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə bu ilin yanvar ayında baş verib.

Belə ki, paytaxt sakini F.Zeynalov və Abşeron rayon sakini Ş.Həmidov Bakı şəhər sakini X.Xudiyevi aldadıb 1800manat pulunu alıb.

Sabunçu rayon Polis idarəsi 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində F.Zeynalov və Ş.Həmidov saxlanılıb.