16:07

Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 17 saylı uşaq poliklinikasında yanğın başlayıb.

Open.az xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.(apa)

***

Bakıda baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Open.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən uşaq poliklinikasında 1 ədəd elektrik qızdırıcısı yanıb.

Yanğın, yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi işçilər tərəfindən söndürülüb.