Bakıda uşaq əyləncə mərkəzindən 40 min manat oğurlanıb.

Open.az xəbər verir ki, oğurluq etdiyinə görə tutulan bir yeniyetmənin ətrafında Bakı Şəhər Baş Polis İdarəsi və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun dekabrın 4-nə keçən gecə rayon ərazisindəki 1 ofisdən və 1 uşaq əyləncə mərkəzindəki seyflərdən müvafiq olaraq 40 min manat oğurlaması da müəyyən edilib.