Bakı şəhərində yanğın hadisəsi baş verib.

Open.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Nobel prospektində qeydə alınıb.

Belə ki, səhər saatlarında Afiyəddin Cəlilov küçəsindəki 5 mərtəbəli yaşayış binasının həyətində yerləşən mebel düzəldilən sexdə qəflətən yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) iki yanğınsöndürən maşını cəlb olunub. Yanğın zamanı ərazidə olan elektrik naqilləri partlayıb.

Yanğının ətrafdakı digər tikililərə keçməsinin qarşısı alınıb. FHN əməkdaşlarının verdiyi ilkin məlumata görə, yanğına səbəb siqaret olub.