Oktyabrın 27-də saat 21 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

Open.az xəbər verir ki, Bakı şəhər sakini V.Məmmədov idarə etdiyi "Daewoo" markalı avtobusla yolu keçən qəsəbə sakini Müşfiq Həsənalıyevi vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.