Bakıda, Z.Bünyadov prospektində 20 Yanvar dairəsi istiqamətində (Atatürk prospekti ilə kəsişmədə körpüyə qalxan hissədə) yol-nəqliyyat hadisəsi baş verib. Hazırda hadisə baş verən hissəyədək sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən Open.az-a verilən məlumata görə, sıxlıq səbəbindən hərəkət sxemi həmin ərazidən keçən 5 müntəzəm və 1 ekspres xətt üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranıb: "Bu kimi hallar öz növbəsində qarşıdakı dayanacaq məntəqələrində, o cümlədən avtobuslarda sıxlıqların yaranmasına səbəb olur".

Bakıda qəza: Avtobuslar gecikdi