Bakıda kişi və qadın dəm qazından zəhərlənərək ölüb.

Openaz-a “Report"a istinadən xəbər verir ki, hadisə fevralın 20-də, paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü N.Cavadov və 1967-ci il təvəllüdlü A.Zeynalova qonaq getdikləri evin hamam otağında birlikdə çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə cinayət işi başlanılıb