Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, martın 18-də saat 20 radələrində rayonun H.Əliyev prospektində Bakı şəhər sakini F.Şeydayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Elmar Bədəlovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.