Bakıda baş verən yanğında ölən Şri-Lankadan olan üç tələbənin meyiti paytaxt Kolomboya çatdırılıb.

Open.az xəbər verir ki, bu barədə “Report” Şri-Lankanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Meyitin aparılması Şri-Lankanın Tehran və Dohadakı diplomatik nümayəndəliklərinin vasitəçiliyi ilə həyata keçirilib.