Bakıda müəlliməni şantaj edərək pul tələb etməkdə təqsirləndirilən Yaqub Zalov və Səkinə Hümbətovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxışı oktyabrın 15-ə təyin edilib.

Qeyd edək ki, bu ilin mart ayında Bakı şəhər sakini Y.Zalov paytaxt sakini D.A haqda rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan ümumilikdə 5100 pul manat alıb.
Zərərçəkmişin şikayəti əsasında polis əməliyyat axtarış tədbirlərinə başlayıb.

Suraxanı rayonunun Hövsan qəsəbəsində Y.Zalov yenidən həmin qadını hədələyib 500 manat alarkən Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Y.Zalov bu əməli tanışı S.Hümbətova ilə birgə törədib. Daha sonra hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 182.21-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş A.M. Bakı şəhərində məktəblərin birində müəllimə vəzifəsində çalışır.

Səlcuq Elçin