Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə Open.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Məmmədov Taryel Həmzə oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.