Bakıda mağazada oğurluq hadisəsi baş verib.

Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 5-də rayon ərazisindəki mağazaların birindən 235 manat pul, 2 000 manat dəyərində planşet, müşahidə kamerası və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini M.Musayev saxlanılıb.