Bakıda oğurluq hadisəsi baş verib.

Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 14-də rayon ərazisindəki telefon satışı mağazalarının birindən 34 519 manat dəyərində mobil telefonlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri O.MehdiyevF.Kərimli saxlanılıblar.