Bakıda mağazadan 3 min manatlıq oğurluq olub.

DİN-in Mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən martın 11-nə keçən gecə Maştağa qəsəbəsi ərazisindəki mağazaların birindən 3000 manat dəyərində ərzaq məhsulları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ağacanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.