Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Open.az xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər bir neçə maddə ilə məhkum olunan, 1981-ci il təvəllüdlü Fuad Cabbarov tutulub. Ondan 2,257 qram heroin götürülüb.

Faktla bağlı araşdırma aparılır.