Xəzər rayonunda “Jeep” markalı avtomobillə paytaxt sakini vurulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, mayın 28-də saat 11 radələrində rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən paytaxt sakini Azad Əliyevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.