Bu gün səhər saatlarında Bakıda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Open.az xəbər verir ki, meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Yanğının qarşısı qısa müddət ərzində alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da evə maddi ziyan dəyib.

Qeyd edək ki, fərdi yaşayış evi “Azərsun Holdinq”in İctimayətlə əlaqələr və Biznesin inkişafına dəstək departamentinin keçmiş müdiri, hazırda iş adamı olan Afiq Səfərova məxsusdur.