Bakıda gənc oğlan yol qəzasında dünyasını dəyişib.

Open.az xəbər verir ki, hadisə ötən həftə baş verib. Yerli restoranların birində kuryer işləyən gənc oğlan öz motosikleti ilə qəzaya düşüb, aldığı xəsarətlərtdən sonra dünyasını dəyişib.

Gəncin yaxınlarının sözlərinə görə, o, restoranın qoyduğu tələblərə görə həyatını itirib. Belə ki, rəhbərliyin tapşırığına görə, hər sifarişi 30 dəqiqədən gec olmayaraq ünvana çatdırmaq lazımdır. Sifariş gecikdiyi zaman həmin kuryerin maaşından cərimə tutulur. Dünyasını dəyişən gəncin ölümünə səbəb də, sifarişi tez çatdırmaq üçün motosikleti sürətlə sürməsi olub. (Trend)

Bakıda gənc kuryer motosikleti ilə qəzaya düşərək həlak oldu (FOTO)