Bakı şəhəri, Nərimanov rayonunda fəhlənin ölümü hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Open.az xəbər verir ki, bu barədə "Report"a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd edilib ki, hazırda günahkar şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi üçün zəruri istintaq tədbirləri həyata keçirilir.

Xatırladaq ki, dünən Nərimanov rayonu, Mövsüm Sənani küçəsi 63 ünvanında inşa edilməkdə olan yeni binada çalışan 55 yaşlı Elçin Əliyev iş prosesi zamanı 13-cü mərtəbədən yıxılaraq ölüb.