Bakıda evdən 8900 ABŞ dolları oğurlanıb.

Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən oktyabrın 7-də rayon ərazisindəki evlərin birindən 8900 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Cahangirzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.