Bakıda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 17-də rayon ərazisindəki evlərin birindən 10 000 manat pul və 4 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş N.Salayev, T.Cəlilov və Ə.Əliyev saxlanılıb.