Bakıda dəmiryolu stansiyasından oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, dekabrın 10-da Sabunçu dəmiryolu stansiyasının ərazisindən 10 ədəd rels altlığı (şpal) oğurlamağa cəhd göstərən Gədəbəy rayon sakinləri Vasif Nağıyev və Babək Həsənov Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Səlcuq Elçin