Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində dəhşətli qətl hadisəsi törədilib.

Open.az "Xəzər Xəbər”ə istinadənxəbər verir ki, həmin qəsəbədə yaşayan Murad Quliyev bacısı oğlu ilə birgə icarəyə götürüb işlətdiyi avtoyuma məntəqəsində qətlə yetirilib. Onu Qəbələdən olan Elvin adlı şəxs öldürüb.

Elvin dünən günorta saatlarında Muradın işlətdiyi “moyka”ya gəlib və bıçaqla onun boyun hissəsindən şah damarını kəsib. M. Quliyev elə hadisə yerindəcə dünyasını dəyişib.

Məlumata görə, qətl hadisəsi namus üstündə törədilib. Hadisəni törədən Elvinin bacısı ilə qətlə yetirilən Muradın qeyri-rəsmi münasibəti olub.