Bakıda daş karxanasında ölüm hadisəsi baş verib.

Open.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən daş karxanasında qeydə alınıb. Orada çilingər işləyən, Yardımlı rayon sakini, 1965-ci il təvəlüdlü Abidin Ağamir oğlu Əzimov daş kəsən kombaynın mişarını itiləyərkən itiləmə daşı sınıb və onun bir parçası A. Əzimovun sinəsinə dəyib. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.