Bakının Binəqədi rayonunda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Open.az-a verilən məlumata görə, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.

Yanğın hadisəsi qəsəbə ərazisindəki zibillikdə başlayıb.

Hazırda hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınsa da, ərazidə alovun tam söndürülməsi hələlik mümkün olmayıb.

Yanğının söndürülməsi istiqamətində işlər görülür.