Bakı şəhərinin Nəsimi rayonunda dördmərtəbəli binanın 4-cü mərtəbəsində ümumi sahəsi 100 m² olan çay evinin yanar konstruksiyaları və içərisindəki əşyalar 80 m² sahədə yanıb.

FHN-dən Open.az-a verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.