Bakıda toy günü bəy başqa bir qızla ölkə xaricinə qaçıb.

Open.az xəbər verir ki, qəribə olayın üstü ötən gün 2 saylı “ASAN Xidmət” mərkəzində açılıb.

Belə ki, əvvəlcədən müəyyənləşdirilmiş tarixdə nikah şəhadətnamələrini götürməli olan cütlük dövlət qurumuna gəlməli olublar. Axşam toyu olacaq gəlin mərkəzə gəlsə də, bəydən xəbər çıxmayıb.

Sonradan onun başqa bir qızla Türkiyəyə qaçdığı məlum olub. Arzuolunmaz hadisə qohum olacaq şəxslər arasında ciddi problem yaradıb. (yeniçağ)