Bakıda bərbərxana yanıb.

Open.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, Nəsimi rayonunda ümumi sahəsi 15 kv.m olan birmərtəbəli tikilinin (bərbərxana kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.