Bakıda “F-1” qumbarası və şüşə qabın içində çəkisi 1 kiloqram 100 qram olan ağ civə tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, dekabrın 6-da Bakı şəhər sakini B.Əliyev Binəqədi rayonu ərazisində bağban işlədiyi həyətdə qazıntı işləri apararkən orada torpağa basdırılmış sellofan paketin içərisində 1 ədəd alışqansız “F-1” qumbarası və şüşə qabın içində çəkisi 1 kiloqram 100 qram olan ağ civə taparaq 5-ci Polis Bölməsinə təhvil verib.

Səlcuq Elçin