Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın fevralın 10-da Buzovna qəsəbəsi ərazisində naməlum şəxsin onun içərisində pulu və mobil telefonu olan çantasını açıq talama yolu ilə aldığını bildirib.

DİN Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Stupka polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə saxlanılan şəxsin digər cinayət əməlinin də üstü açılmışdır. Onun Şüvəlan qəsəbə sakini olan bir azyaşlı qızı bıçaqla hədələyərək quldurluq yolu ilə qulağındakı qızıl sırğaları alması da müəyyən edilib.

Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, Open.az saytı fevarlın 9-da ikinci quldurluq hadisəsi ilə bağlı məlumat yayıb. Həmin məlumatda qeyd olunur ki, fevralın 8-də saat 16 radələrində Xəzər rayonu, Şüvəlan parkında qeydə alınıb. Maməlum şəxs parkda yetkinlik yaşına çatmayan G.L (ad şərtidir) bıçaqla basqın edərək qulağındandakı sırğaları götürərək qaçıb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq - silah və ya silah qismində istifadə edilən əşya ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.