Bakı şəhərində yol qəzası baş verib.

Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 18-i saat 18 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini S.Salahlı idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini E.Allahverdiyevanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Nizami Rayon Polis İdarəsində tərəfindən araşdırma aparılır.