Bakıda Zığ yolunda marşrut avtobusu evakuatorla toqquşub.

Səhiyyə Nazirliyindən Open.az-a verilən məlumata görə, qəza zamanı 104 saylı sərnişin avtobusunda olan 4 nəfər yaralanıb.

Onlardan 43 və 34 yaşlı qadınlar 3 saylı Sabunçu rayon Xəstəxanasına, 50 yaşlı qadın Klinik Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Gülnar Qafarlı