Bakıda piyadanın ölümü ilə nəticələn ağır-yol nəqliyyat hadisəsi törədilib.

Open.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən fevralın 18-də saat 15 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini A.Mənsimov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən paytaxt sakini Ə.Əliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Səlcuq Elçin