Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Open.az xəbər verir ki, Sabunçu rayonu, Şəhər şosesindəki "Rahat" marketin qarşısında Füzuli rayon sakini Məmmədov Xəyyam Niyaz oğlu idarə etdiyi 90 JG 469 dövlət nömrə nişanlı "Qazel" markalı yük avtomobili ilə 1964-cü il təvəllüdlü İslamov Soltanəli Güləli oğlunun idarə etdiyi "Hovo" markalı 90 NR 159 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində "Qazel" markalı avtomobildə olan sərnişin, 1995-ci il təvəllüdlü Məmmədov Namiq Xəyyam oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.