Bakıda azyaşlı evin balkonundan yıxılıb ölüb.

Open.az xəbər verir ki, Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, L.İmanov küçəsində baş verib. Həmin küçədəki mənzillərdən birində yaşayan 2018-ci il təvəllüdlü Murad Muradov yaşadığı mənzilin balkonundan yıxılıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşaq orada ölüb.

Faktla bağlı araşdırma aparılır.