Bakıda azyaşlı uşaq dənizdə boğulub.

Open.az Trend-ə istinadən xəbər verir ki, hadisə Bilgəh çimərliyində baş verib.

2017-ci il təvəllüdlü Bağırov Mircəfər Ramil oğlu valideynləri ilə Bilgəh çimərliyinə gedib.

Ailə çimərlikdə istirahət edib qayıdarkən azyaşlının yanlarında olmadığını görüb axtarışlara başlayıb.

Axtarış zamanı M.Bağırovun meyiti dənizdən aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.