Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Open.az-ın xəbərinə görə, hadisə rayonun Kürdəxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 15 yaşlı Ə.Quluzadə özünü yaşadığı evdə asaraq intihar edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. (report.az)