Bakıda oğurluğa görə tutulmuş şəxsin daha bir neçə oğurluq faktları üzə çıxıb.

Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 3 mağazadan ümumilikdə 1930 manat pul, 10 000 manat dəyərində 6 ədəd qol saatı, 600 manat dəyərində saat kəmərləri, danışıq kartları və tütün məmulatı oğurlaması da müəyyən edilib.